ABŞ-da hərbçilərin vaksinasiyası məcburi oldu

Dünya

26.08.2021 - 04:15

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilərə “Pfizer-BioNTech” vaksini vurulacağı bildirilib 

 

ABŞ-da bütün hərbçilər üçün vaksinasiya məcburi olub. AYNA xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austinin Silahlı Qüvvələrə göndərdiyi sənəddə qeyd edilib.

 

“Tibb mütəxəssisləri və hərbi səlahiyyətlilərlə apardığım müzakirə və Prezidentin də dəstəyi ilə COVID-19-a qarşı məcburi vaksinin Amerika xalqını müdafiə etmək və ordunu qorumaq üçün lazım olduğuna qərar verdim”, - sənəddə deyilir.

 

Nazir silahlı qüvvələrdə vaksinasiyadan keçməyənlərə dərhal peyvənd vurulması barədə təlimat verib.

 

Pentaqon sözçüsü Con Kirbi hərbçilərə “Pfizer-BioNTech” vaksini vurulacağını bildirib. O əlavə edib ki, bugünədək ordunun 68 faizi peyvəndlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş