ABŞ-da güclü yanğında beş nəfər ölüb

Dünya

13.09.2021 - 21:39

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir

ABŞ-ın Ohayo ştatının Akron şəhərində yerləşən fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı beş nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Ehtimal olunur ki, onlar qohumdurlar. Məhkəmə tibbi ekspertizasının verdiyi məlumata görə, ölənlər arasında 3 uşaq da var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş