ABŞ-da atışma olub, yaralılar var

Dünya

05.09.2021 - 01:29

Həkimlər Klinikalar SEO Xidməti

Yaralıların həyatları üçün heç bir təhlükə olmadığı bildirilir 

 

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) Tauson Universitetinin ərazisində silahlı insident baş verib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

 

“Universitetin düşərgəsində baş vermiş atışma zamanı üç nəfər yaralanıb. Polis araşdırma aparır”, - deyə şəhər polisinin “Twitter” səhifəsində qeyd olunub.

 

Bildirilir ki, yaralıların həyatları üçün heç bir təhlükə yoxdur. Məlumata görə, yaralılardan yalnız bir qız həmin təhsil müəssisəsinin tələbəsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş