Abituriyentlər üçün “Dərs vaxtı” davam edəcək

Xəbərlər

03.06.2020 - 12:54

Teledərslər iyun ayının 16-dan iyul ayının 17-dək yeni formatda keçiriləcək

 

Abituriyentlər üçün “Dərs vaxtı” proqramı keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib.

 

Nazirlik rəsmisi qeyd edib ki, teledərslər iyun ayının 16-dan iyul ayının 17-dək yeni formatda davam etdiriləcək: “Dərs vaxtı” abituriyentlərin təhsilini davam etdirmək arzunuzu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğumuzu bildiririk. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmağına imkan verəcək”.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi ilə mart ayının 11-dən həftənin 5 günü “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslər yayımlanır. Proqramda siniflər üzrə dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

 

Müəllif: Ayna.az