Zərdabda qəsdən yanğın törədən şəxs saxlanılıb

Hadisə

07.08.2026 - 17:15

Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş