Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

Siyasət

21.10.2020 - 20:23

Dövlət başçısı işğaldan azad olunan yaşayış məntəqələrinin adlarını açıqlayıb

 

"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Müəllif: Ayna.az