Çətənə kolları yandırılaraq məhv edilib
Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində 100 kiloqram çəkidə 760 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları yandırılaraq məhv edilib.