Zelenskidən xəbərdarlıq: “Rusiya səmasında daha təhlükəsiz məkanlar qalmayıb...”

Dünya

02.09.2026 - 17:11

“Rusiya səmasında dronlar olacaq və siz bundan xəbərdar olmalısınız”

“Rusiya hava məkanı dronlar səbəbindən mülki aviasiya üçün təhlükəli hala gəlir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu gün biz Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkəti, hər bir sığortaçını və hələ də əsas Rusiya hava limanlarından istifadə edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya səması tamamilə təhlükəli hala gəlib. Ukrayna mülki aviasiya üçün təhlükə yaratmır - heç bir mülki təyyarə üçün. Sadəcə Rusiya səmasında dronlar olacaq və siz bundan xəbərdar olmalısınız”, - deyə Zelenski bildirib.

O, xüsusilə Rusiya hava limanlarına, əsasən Moskva və Sankt-Peterburqa uçuşları davam etdirən aviaşirkətlərə müraciət edib. Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya hava məkanı dronların olması səbəbindən təhlükəli olacaq: “Tərəfdaşlarımıza xəbərdarlıq edirik: Rusiya səmasında daha təhlükəsiz məkanlar qalmayıb... Hazırda əsasən Moskva, Sankt-Peterburq və digər əsas Rusiya istiqamətlərindəki hava limanlarına uçuşlar həyata keçirən müvafiq aviaşirkətlərin bunu eşitməsi vacibdir... Dronlar arasında mülki aviasiya üçün yer yoxdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş