Zelenski Vaşinqtona gedib

Dünya

31.08.2021 - 11:46

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidentinin ABŞ-a işgüzar səfəri başlayıb

 

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona işgüzar səfər edib. AYNA xarici mediaya istinadən bildirir ki, Zelenski sentyabrın 1-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

 

“Ukrayna Prezidenti və birinci xanım Yelena Zelenskaya Prezident Cozef Baydenin dəvəti ilə ABŞ-a işgüzar səfərə gəliblər. Səfərin gündəliyinə liderlərin təkbətək və nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri daxildir”, - deyə məlumatda qeyd edilir.

 

Ukrayna Prezidentinin ofisindən qeyd edilib ki, Zelenskinin ABŞ məmurları ilə bir sıra mühüm görüşləri də nəzərdə tutulur: “Ukrayna və ABŞ nümayəndələri bir sıra sənədlər imzalayacaqlar”.

 

Səfər proqramı bir neçə günü əhatə edir və Ukrayna Prezidenti bu müddətdə ABŞ-ın Şərq və Qərb sahillərindəki şəhərlərə gedəcək, Kaliforniyada Amerika biznesmenləri ilə görüşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş