Zelenski Polşaya səfər edib

Dünya

27.01.2025 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna lideri Avropa İttifaqı Şurasının prezidenti və Fransa Prezidenti ilə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Auşvits-Birkenau ölüm düşərgəsinin azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Polşaya səfər edib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov deyib.

“Prezident Zelenski Osvensim şəhərinin azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Polşaya gedib”, - qeyd edib.

Ukrayna liderinin səfər proqramına ikitərəfli görüşlər, xüsusilə də Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Fransa Prezidenti Emmanuel Makron ilə görüşlər daxildir.

Zelenski həmçinin Holokost qurbanlarının xatirəsini ehtiramla yad edib. 1945-ci il yanvarın 27-də 1-ci Ukrayna Cəbhəsinin qoşunları nasistlərin ən böyük ölüm düşərgələrindən biri olan Auşvits-Birkenaunu azad ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş