Ukrayna lideri danışıqlar zamanı müzakirə olunacaq məsələləri açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş sentyabrın 20-sində baş tuta bilər. AYNA.AZ “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə verdiyi açıqlamada bildirib.
Zelenski Ukraynanın “Freya” raket proqramını inkişaf etdirdiyini və bu sahədə ABŞ-ın dəstəyinə ümid etdiyini söyləyib.
Prezidentin sözlərinə görə, Kiyev Avropa tərəfdaşları ilə mütləq istənilən nəticəni əldə edəcək: “Lakin buna nail olmaq üçün Ukraynanın Amerika tərəfindən ballistik raket paketlərinə ehtiyacı var”.
Zelenski Donald Trampla görüşdə bu məsələni qaldırmağa ümid edir.
“Trampla 20-də görüşməyi ümid edirəm. Bu məsələni qaldıracağam. Allah qoysa, nəticələr olacaq”, - deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, tərəflər üçtərəfli danışıqlar formatına doğru irəliləyirlər: "Biz Amerika tərəfi ilə razılığa gəldik: gəlin bütün bunları öz aramızda hazırlayaq, sonra isə ünsiyyət qurarıq".
Bu arada, yerli mediada Zelenskinin sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında ABŞ-ın iştirakı ilə yeni danışıqlar raundu keçirməyi təklif etdiyi bildirilir. Qeyd olunur ki, Prezident diplomatik prosesi aktiv fazaya qaytarmaq üçün növbəti iki aydan istifadə etməyə çalışır.
Məlumata görə, ABŞ Ukrayna ilə Rusiya arasında müharibənin qışda gərginliyinin azaldılması və eyni zamanda, daha geniş sülh sazişi üzrə danışıqların bərpası imkanlarını araşdırır. Müzakirə olunan ideyalar arasında enerji obyektləri, taxıl təchizatı və neft-qaz ixracı ilə bağlı addımlar var.