“Ukrayna xalqının dünyanın hər yerində öz maraqlarının təmsil olunmasına ehtiyacı var”
Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılar naminə göstərdiyi dəstəyə və səylərə görə Amerika ictimaiyyətinə təşəkkür edib. AYNA.AZ xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.
“Bu çətin zamanda dəstəyinizə, Ukrayna və ukraynalılar üçün göstərdiyiniz bütün səylərə və təkcə diplomatik və maliyyə deyil, həm də dualarınızla köməyinizə görə sizə təşəkkür edirəm”, - Zelenski qeyd edib.
Prezident həmçinin bildirib ki, Ukraynanın istər indi, istərsə də münaqişə həll olunduqdan sonra unudulmaması vacibdir.
Ukrayna liderinin sözlərinə görə, onun xalqının “dünyanın hər yerində öz maraqlarının təmsil olunmasına ehtiyacı var”.