Zaxarova: "Ermənistan ruslar üçün viza tətbiq edərsə, özü zərər çəkəcək"

Dünya

03.09.2026 - 15:36

“Bu qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarına da təsir edəcək”

“İrəvanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Ermənistanın özünə qarşı bir addım olacaq”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, “bu qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarına da təsir edəcək”.

"Əgər Ermənistan birdən viza tətbiq etsə, bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı edəcək", - Zaxarova vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş