Hadisə yerinə FHN əməkdaşları cəlb edilib
Zaqatala rayonunun Əliabad qəsəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin və bitişik ümumi sahəsi 40 m² olan digər köməkçi tikilinin çardağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.