Zaqatalada “Xaş-xaş-2021” əməliyyatı keçirilib

Xəbərlər

30.06.2021 - 15:49

Yabanı halda bitmiş çətənə kolları məhv edilib

 

Zaqatalada yabanı halda bitmiş çətənə kolları məhv edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Meşləş kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 800 kiloqram olan 2 890 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Müəllif: Ayna.az