Zaqatalada 31 yaşlı qadın itkin düşüb - <font color=red> FOTO</font>

Xəbərlər

06.12.2020 - 13:06

Qadın dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb

 

Zaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya bildirilib ki, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.

 

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng mərkəzi xidmətinə və ya Zaqatala Rayon Polis Şöbəsinin (024) 225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az