Zakir Həsənov Yaşar Gülerlə görüşüb

Xəbərlər

18.08.2021 - 15:44

Azərbaycanın Müdafiə naziri ilə Türkiyənin Baş Qərargah rəisi arasında görüş olub

 

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az