Moskvada Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməri məlumat yayıb.
Bildirilir ki, Şuranın iclası noyabrın 10-da keçiriləcək.