Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib - FOTO

Xəbərlər

14.03.2025 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda  səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri  H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş