Yunanıstanda koronavirusa daha 100 nəfər yoluxub

Dünya

09.06.2020 - 06:45

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Yunanıstanda son dörd gün ərzində 100-ə yaxın yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, müalicə alan 2 nəfər ölüb. Yoluxanların 3/1 hissəsi xaricdən ölkəyə səfər edən şəxslərdir.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

 

Qeyd olunur ki, 97 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

 

Bildirilib ki, ölkədə 3 049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 182 nəfər vəfat edib, 10 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Ayna.az