YPG/PKK sıralarını tərk edənlərin sayı günü-gündən artır

Dünya

26.11.2019 - 12:00

Həkimlər Klinikalar SEO Xidməti

 

“Sülh çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatını tərk edənlərin sayı günü-gündən artır.

 

Dünən Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və ratsiyaları ilə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yazılı bəyanatda məlumat verilib.

 

Qeyd olunub ki, ölkə daxilində və xaricində terrora qarşı həyata əhərbi əməliyyatlar nəticəsində separatçı PKK/PYD terror təşkilatında parçalanma sürətlənir, təşkilatdan qaçanların və təslim olanların sayı artır.

 

“2019-cu ilin noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu Daxili İşlər Nazirliyi orqanlarından Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin səyləri nəticəsində M-16 silahları və ratsiyaları ilə Suriyadan qaçaraq Şanlıurfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub”, - deyə bildirilib. 

 

Vurğulanıb ki, YPG/PKK öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş