“Bu, ağırlıq dərəcəsi yüksək olan qəzalara, zəncirvari toqquşmalara real zəmin yaradır”
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
BDYPİ-dən AYNA.AZ-a daxil olan xəbərdarlıqda deyilir: “Sinoptiklərin məlumatına əsasən yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşır. Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır”.
BDYPİ verilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.