Yetmiş tibb işçisi virusdan ölüb

Dünya

20.04.2020 - 18:12

cedabet dərman SEO Xidməti

Ölən tibb işçilərinin çoxu ailə üzvlərinə də virus yoluxdurub

 

Birləşmiş Krallıqda koronavirusla bağlı mübarizdə səhiyyə işçilərinin də həyatı itirdiyi bildirilir. AYNA BBC-yə istinadən xəbər verir ki, pandemiya ölkənin 70 tibb işçisinin ölümünə səbəb olub.

 

Məlumatda bildirilir ki, təhlil zamanı məlum olub ki, ölən tibb personalı içərisində qaradərili, asiyalı və başqa etnik azlıqlar çoxluq təşkil edir. İlkin rəqəmlər arasında 42 nəfərin qeyri-ingilis olduğu göstərilir. Hökumətin siyahısına görə, səhiyyədə işləyən 1,2 milyon işçinin hər beşdən biri başqa millətdəndir.

 

İlkin araşdırmadan sonra təklif olunub ki, artıq koronavirusdan ölənlərin etnik mənsubiyyəti də qeyd olunsun.

 

Məlumatda o da bildirilir ki, ölən tibb işçilərinin çoxu ailə üzvlərinə də virus yoluxdurub.

 

Qeyd edək ki, hazırda Birləşmmiş Krallıqda 121 174 nəfərdə virus aşkarlanıb, 16095 nəfər isə xəstəlikdən ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş