Risk yaranacaqsa, bütün ölkələrə məlumat veriləcəyi bildirilib
“Yeni koronavirus ştammları uşaqlar üçün təhlükəli deyil”.
AYNA TASS-a isitnadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.
“Hazırda biz deyə bilmərik ki, vəziyyət həyəcanvericidir. Əvvəlki kimi məhdudiyyətlər olmadığından isə uşaqların yoluxma riski böyükdür. Hər hansı dəyişiklik olarsa, biz bütün ölkələri məlumatlandıracağıq. Biz uşaqların yoluxmasını görürük, ancaq virusun xüsusi olaraq uşaqlar arasında yayılması halı qeydə alınmayıb. Virus əsasən immunizasiya olunmayanlar arasında daha çox yayılır”, - deyə ÜST nümayəndəsi qeyd edib.