Yeni nazir kollektivə təqdim edilib

Xəbərlər

27.01.2021 - 12:18

Rəşad Nəbiyevi kollektivə Şahmar Mövsümov təqdim edib

 

Bu gün yeni təyin edilən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

 

AYNA xəbər verir ki, nziri kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

 

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Bu vəzifəyə Rəşad Nəbiyev təyin edilib.

Müəllif: Ayna.az