Husilərlə hökumət qüvvələri arasındakı qarşıdurma uzun müddətdir davam edir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya qüvvələri Husi yaraqlılarının hədəflərinə atəş açıb. AYNA xəbər verir ki, hadisə nəticəsində 15 husi döyüşçüsü öldürülüb.
Qeyd edək ki, qeyri-sabitliyin hökm sürdüyü Yəməndə husilərlə hökumət qüvvələri arasındakı qarşıdurma uzun müddətdir davam edir.
Belə ki, husilər, İran İslam Respublikasının dəstəyi ilə 2014-cü ildən etibarən bir sıra şəhərləri nəzarətə götürüb. Lakin 2015-ci ildən başlayaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisya qüvvələri Yəmən hökumətinə dəstək verməyə başlayıb.