Yaşadığı yeri tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb

Xəbərlər

23.11.2020 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşa ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozub

 

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etməsi müəyyənləşdirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ş.Əhmədovaya ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Əraziyə həkim briqadası dəvət olunub və Ş.Əhmədova yaşadığı ünvana geri qaytarılıb.

 

Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq, digər şəxslərin də həyatına ciddi təhlükə yaradan Ş.Əhmədova barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş