Yarımçıq Əliməmməd

Cəmiyyət

04.05.2020 - 19:00

Həkimlər Klinikalar SEO Xidməti

“İcra başçılarına etik davranış kursları keçmək lazımdır”

 

Son aylar icra başçılarının korrupsiya və rüşvətxorluq əməllərinə görə, ardıcıl həbs olunması gündəmi zəbt edib. Nəzərə alsaq ki, RİH-lər yerlərdə özlərini mütləq hakimiyyət elan etdikləri üçün digər rəsmi qurumların fəaliyyətilərinə də şərait yaratmır və mane olurlar. Bəs, belə olan təqdirdə, gələcəkdə RİH-lərin səlahiyyətlərinə necə nəzarət etmək lazımdır? Onların səlahiyyətləri bölüşdürülə bilərmi?

 

Mövzu ətrafında AYNA-ya açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, yerli İcra Hakimiyyəti orqanlarında geniş islahatlar həyata keçirilməlidir: “Hazırki, yerli İcra Hakimiyyəti forması onun fəaliyyətlərini real həyata keçirməyə mane olur. Çünki indiki yerli RİH-lər özlərini rayonlarda mütləq hakimiyyət hesab edirlər. Həmin mütləq hakimiyyətin isə eyni zamanda ziyanı da olur və qüsurlara gətirib çıxarır. Çünki əhalinin bu qurumlara inam və etibarı zəifləyir. Eyni zamanda, proseslər də onu göstərdi ki, onların əksəriyyəti korrupsiyaya qurşanıb və vəzifəyə gəlir mənbəyi kimi baxırlar. Faktiki olaraq Prezidentin onlara verdiyi icra tövsiyələri, vəzifə funksiyaları bir kənarda qalıb, yalnız və yalnız özləri üçün mikro mühit yaradıblar və o mikro mühit də ancaq korrupsiya sövdələşməsinə işləyən bir mühitdir. Yəni yerli icra strukturlarında aşkar olunan bu hadisələr onu göstərir ki, icra başçısı korrupsiya pramidasının başındadır və yerli idarələr də bu pramidanın əsasını təşkil edir. Bu isə klassik korrupsiya sxemidir”.

 

“Yerli RİH başçıları həddindən artıq uzun müddət vəzifədə qalırlar. Uzun müddət bir yerdə qalmaq da sabit əlaqələrin yaranmasına gətirib çıxarır. Eyni zamanda, bu həm də korrupsiya sxemlərinin yaranması imkanlarını genişləndirir. Digər tərəfdən, bələdiyyələrlə yerli icra nümayəndilklərinin funksiyaları üst-üstə düşür. Ona görə də onlardan birinin ləğvi mütləq vacibdir. Belə olan halda da ərazi üzrə icra nümayəndiliyinə ehtiyac yoxdur və bələdiyyənin saxlanması çox vacibdir. Çünki hesabatlılıq sistemi bələdiyyələrdə olduğu üçün onu real icra məsələsinə də keçimək mümkün ola biləcək. Təbii ki, bələdiyylər də real icra səalhiyyətlərini icra edəndə, şübhəsiz ki, vətəndaşların həm də onlara yaxın olan qurumdan tələb etmək imkanları olacaq. Ona görə, artıq bu məsələlərə diqqət yetirməyin vaxtı gəlib çatıb”-deyə ekspert vurğulayıb.

 

Nuriyev nəzarət sisteminə də diqqət artırmağın lazım olduğunu qeyd edib: “Yerli RİH-lər nəzarətdən kənarda qalıblar. Onlara həm ictimai nəzarət etmək mümkün deyil, həm də sahibkarlıq subyektləriylə onların davarınşları heç bir düşüncəyə sığmır. İstənilən uğurlu bir sahibkara dərhal problemlər yaradırlar. Bu problemlərin səbəbləri də onlardan pul tələb etmk üçündür. Hətta, iş o yerə çatıb ki, onlar sosial obyektlərin tikilməsinə belə qarşı çıxırlar. Məsələn, hansısa bir kənddə kimsə məktəb təmir etmək istəsə, məscid tikmək istəsə, xeyir-şər evi açmaq istəsə dərhal mane olurlar. Ona görə də bu davranışlar sistemini dəyişmək lazımdır. Yerli İcra Hakimiyyətləri başçılarının bir çoxlarında etik standartlar deyilən şey yoxdur. Onlar etik davranış çərçivələrindən çox-çox uzaq qalıblar. Onlar üçün həftəlik müəyyən kurslar, təlimlər keçirilməlidir ki, bu etik davranışları öyrənə bilsinlər. Bu kursların aparılması prosesi də bir dövlət orqanına həvalə edilməməlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti strukturları və medya orqanları da cəlb olunmalıdır. Çünki bu, davranış sisteminin qurulmasına imkan verəcək. Həm də idarəetmə sistemi əhəmiyyətli dərəcədə dəyişməlidir. Məsələn, dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə bağlı idarəetmə sistemi “Asan xidmət”in timsalında tam dəyişdi. Yeni bir idarəetmə sistemi gətirildi və keyfiyyətli xidmət ortaya çıxdı. Amma yerli RİH-lər də xalqa xidmət göstərməlidir. Onların birinci vəzifəsi elə xalqın yanında olmaqdır. Amma bu xidməti həyata keçirmək üçün onların prinsipləri yoxdur. Dşünürəm ki, islahatların bir hissəsi də onların etik davranışlar və prisnipləri ətrafında olamlıdır”.

 

“RİH başçıları daha çox korrupsiya fəaliyyəti ilə məşğul olurlar, nəinki, vətəndaşa və dövlətə xidmət göstərirlər. Təbii ki, bacarıqlı icra başçıları da var və qoyulan prosesləri icra edirlər. Amma artıq yerlərdə idarəetmənin başqa formasına keçməliyik, yəni inzibati idarəetmə forması dəyişməlidir və vilayət bölgüsü barədə düşünməliyik. Yerlərdə bir proses də ondan ibarətdir ki, bütün Mərkəzi İcra Hakimyyətlərinin regional qurumları yaradılır. Bu reginal qurumlar da əslində, regional idarəetmə formasını zəzuri edir. Çünki həddindən artıq mərkəzləşmə bu cür mütləq hakimiyyətin yaranması imkanlarını da yerlərdə genişləndirə bilər. İslahatlar tam olaraq bu qurumları da əhatə etməlidir. Onu da qeyd etmək lazımdır ki, son zamanlar yerlərdə çox güclü infrastuktur yaradıldı və bəzi rayonlarda infrastukturun yaranması ilə bağlı məslələrdə yenə də icra başçıları müsbət rol oynaya bilmdilər. Bir çox rayonların siması əhəmiyyətli dərəcədə dəyişsə də, bəzi rayonlar bundan uzaq qaldılar. Əlbəttə ki, burada da yerli İcra Hakimiyyətləri başçılarının günahları var. Ona görə də yerlərdə daha çevik və daha məsuliyyətli idarəetmə formalaşdırmaq lazımdır”-deyə müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş