Yaponiyanın 2025-ci il üçün hərbi büdcəsi 52 milyard dollar olacaq

Dünya

19.12.2024 - 08:28

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə xərcləri ölkə tarixində ilk dəfə olaraq 8 trilyon yeni keçə bilər

Yaponiya hökuməti planlaşdırılan rekord müdafiə xərcləri fonunda 2025-ci maliyyə ili üçün (2025-ci ilin aprelində başlayır) büdcə layihəsi hazırlamağı planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə xərcləri ölkə tarixində ilk dəfə olaraq 8 trilyon yen (təxminən 52 milyard dollar) keçə bilər. Hərbi büdcənin artırılması hökumətin təsdiq etdiyi müdafiə potensialının artırılması və zərbə silahlarının qəbulu strategiyası çərçivəsində həyata keçirilir.

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi əhalinin qocalması ilə artan sosial təminat xərclərini qarşılamaq üçün rekord məbləğdə 34 trilyon yen (təxminən 220 milyard dollar) tələb edib.

Qeyd olunur ki, bütün nazirlik və idarələrdən daxil olan müraciətlərin ümumi məbləği 117,6 trilyon yeni (762 milyard dollardan çox) ötüb. Hazırda Maliyyə Nazirliyi bütün müraciətlərə baxır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş