Hadisənin Yaponiyada yerləşən 2,35 milyondan çox binanı məhv edəcəyi gözlənilir
Yaxın 30 il ərzində Nankai qırağında baş verə biləcək güclü zəlzələ Yaponiyada 290 mindən çox insanın ölümünə səbəb ola bilər. AYNA.AZ xəbər verir ki, bu barədə martın 31-də hökumətə istinadən NHK telekanalı məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, Yaponiyanın əsas Honsyu adasının cənub-şərqindəki Nankai qırağında 8,0-9 bal gücündə zəlzələ baş verərsə, nəticədə 298 minə qədər insan həlak ola bilər.
Zəlzələnin torpaq sürüşməsi və ya yanğın kimi mümkün nəticələri səbəbindən 52 min insan həyatını itirəcək. Hadisənin Yaponiyada yerləşən 2,35 milyondan çox binanı məhv edəcəyi gözlənilir.