Müvafiq maddələr artıq Müdafiə Nazirliyinin 2027-ci il üçün büdcə layihəsində göstərilib
Yaponiya Müdafiə Nazirliyi 2027-ci ildə sualtı qayıqlardan buraxılan hipersəs raketlərin və uzaqmənzilli hücum dronlarının hazırlanmasına başlamaq niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Məlumata görə, müvafiq maddələr artıq Müdafiə Nazirliyinin 2027-ci il üçün büdcə layihəsində göstərilib.
Müdafiə Nazirliyinin gələn il üçün büdcəsində "ikinci zərbə potensialı"nın tətbiqi ilə bağlı texnologiyalara və silahlara xüsusi diqqət yetiriləcəyi vurğulanıb.
Qeyd olunur ki, Yaponiya daha çətin ələ keçirən sualtı qayıqlardan buraxılan hipersəs raketlərin hazırlanmasına, eləcə də pilotsuz sualtı nəqliyyat vasitələrinin uzaqmənzilli raketlər buraxmasına imkan verəcək texnologiyaların hazırlanmasına başlamaq niyyətindədir.
Hava hücumundan müdafiə sahəsində dronların və gəmi əsaslı hücum dronlarının alınması nəzərdə tutulur. Birgə əməliyyat komandanlığı üçün süni intellektə əsaslanan qərar dəstəyi sistemi də hazırlanacaq.