Yanmış bazarın külündən nələr “cücərəcək” - <font color=red> EHTİMALLAR və İDDİALAR</font>

Hadisə

10.12.2019 - 18:40

“Hadisə ölkədə baş verən son siyasi hadisələr, islahatlar və seçkiqabağı vəziyyətlə də bağlı ola bilər”

 

Bu səhər Bakının iri tikinti materialları bazarındakı genişmiqyaslı yanğının səbəbləri ilə bağlı ehtimallar çoxalır. Bu ehtimallardan biri hadisənin qəsdən törədilməsidir.

 

Digər ehtimal odur ki, uzun müddətdir, Bakı-Sumqayıt yolunun genişləndirilməsi planı var və həmin ərazinin sökülməsi, ləğv edilməsi ilə bağlı tikinti materialları bazarının sahibi ilə könüllü razılıq əldə olunmayıb. Nəticədə məlum hadisə törədilib.

 

Başqa ehtimallar da var: mağaza sahiblərinin mövcud təhlükəsizlik qaydalarına əməl etməməsi, məsuliyyətsiz, səhlənkar davranması, hər şeyi Allahın ümidinə buraxması və s. O da qeyd olunur ki, yanğının genişlənməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) çağırış yerindəki işçilərinin təcrübəsizliyi rol oynayıb.

 

Sözügedən ehtimallar, həmçinin mövcud reallıq ətrafında AYNA-ya şərh verən hüquqşünas Nicat Gözəlovun sözlərinə görə, bu yanğın sadə bir hadisə deyil, ölkə adına həm iqtisadi, həm də sosial hadisədir: “Söhbət tək yanğından getmir, ağır nəticələri var, insanlara böyük maddi zərər dəyib, hətta bu, onların faciəsi hesab olunmalıdır. İnsanlar ehtiyac üzündən illərlə qazanıb nəsə etmək istəyirlər, amma sonunda bu əmək puç olur”.

Raminə Eyvazqızı