XİN Qarabağda minatəmizləmə işlərinin statistikasını açıqlayıb

Xəbərlər

06.09.2021 - 12:32

Həkimlər Klinikalar SEO Xidməti

15 min 510 hektarlıq hissədən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 10 noyabr üçtərəfli bəyanatından sonra işğaldan azad edilmiş ərazilərdə görülən işlərin siyahısını açıqlayıb.

AYNA xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində paylaşım edib.

O bildirib ki, 15 min 510 hektarlıq hissədən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib.

10 noyabr bəyanatından sonra 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə zamanı basdırdığı minalardan ölüb və ya yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş