XİN həmvətənlərimizə qarşı erməni vəhşilikləri ilə bağlı bəyanat verib

Siyasət

23.07.2020 - 13:19

Leyla Abdullayeva: “Ermənilərin hərəkətləri vandalizm və terror aktı kimi dəyərləndirilməlidir”

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici ölkələrdə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilərin törətdiyi təxribat barədə bəyanat səsləndirib. AYNA-nın xəbərinə görə, bu barədə XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib. XİN rəsmisi bildirib ki, soydaşlarımız Polşa, Niderland, ABŞ, Brüsseldə dinc aksiyalar keçirib.

 

“Ermənilər aksiyalar zamanı azərbaycanlı diplomatlara və soydaşlarımıza qarşı vəhşilik ediblər. Ermənilərin hərəkətləri vandalizm və terror aktı kimi dəyərləndirilməlidir. Biz həmin ölkələrin hüquq-mühafizə orqanlarının bu cinayət əməllərini araşdırıb müvafiq qiymət verəcəklərini gözləyirik”, - deyə Abdullayeva qeyd edib.

 

L.Abdullayeva vurğulayıb ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə xəsarət alan azərbaycanlılarla bağlı müvafiq təlimatlar verilib.

Müəllif: Ayna.az