XİN başçısı Gəncə terroru ilə bağlı paylaşım edib

Xəbərlər

11.10.2021 - 11:03

“İnsanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı “Twitter” səhifəsində paylaşım edib.

AYNA-nın xəbərinə görə, nazir bildirib ki, insanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır.

“Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Gəncənin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş