Xəzərin sahilində balıqların tələf olmasının səbəbi açıqlanıb

Xəbərlər

18.08.2021 - 12:42

“Təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür”

 

Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.

 

O qeyd edib ki, yay aylarında bu, təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.

 

Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.

 

 

Müəllif: Ayna.az