Xəzərdə zəlzələ olub

Xəbərlər

29.10.2021 - 09:47

Xəzər dənizində zəlzələ olub. Bu barədə AYNA Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

 Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 04:37-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3, dərinliyi 7 km olub.

Müəllif: Ayna.az