Xaricdə təhsil alan vətəndaşlara müraciət edilib

Xəbərlər

30.06.2025 - 16:37

cedabet dərman SEO Xidməti

Qismən akademik tanınma prosesinin həyata keçirilmə müddəti 7 iyul saat 18:00-dək uzadılıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciət edib.

TKTA-dan AYNA.AZ-a bildirilib ki, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün, ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün TKTA-ya müraciət etməlidir.

Bildirilib ki, TKTA tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilmə müddəti 7 iyul saat 18:00-dək uzadılıb.

Qeyd edilib ki, köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir.

Bildirilib ki, qismən tanınma şəhadətnaməsi sənəd sahibinə yalnız Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir.

Köçürülmə prosesində iştirak etmək istəyən şəxslərə keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur.

Qeyd edək ki, 7 iyul saat 18:00-dan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.

Xüsusilə vurğulanır ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir. Yekunda təqdim olunan şəhadətnamə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş