Bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır
Dövlət İmtahan Mərkəzinin (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanları ilk dəfə olaraq Xankəndi şəhərində də təşkil edilib. AYNA.AZ xəbər verir ki, bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
Qarabağ Universitetində təşkil olunan imtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər də iştirak edirlər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində veriblər.