Xanım Prezident COVID-19-a yoluxub – <font color=red> FOTO</font>

Dünya

10.07.2020 - 12:18

Anez: “Bu mərhələni bir yerdə keçəcəyik”

 

Bolivyanın Prezidenti Jeanine Anez sosial şəbəkədəki şəxsi səhifəsində koronavirusa yoluxduğunu açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, 53 yaşlı Anez vəziyyətinin yaxşı olduğunu, karantin şəraitində işinə davam edəcəyini söyləyib. “Bu mərhələni bir yerdə keçəcəyik”, deyə Prezident qeyd edib.

 

Məlumatda o da bildirilir ki, Bolivyanın, aralarında Səhiyyə nazirinin də olduğu bir neçə nazir COVID-19-a yoluxub. Güman olunur ki, Prezident Anez də həmin nazirlər vasitəsilə yoluxub.

 

“Worldometers”in hesablamalarına görə, pandemiya dövründə Bolivyada 44 min 113 yoluxma qeydə alınıb. Xəstələrdən 1638-i vəfat edib.

Müəllif: Ayna.az