Ali dini lider: “Bu, sadəcə bir şillə idi”
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı İran-ABŞ gərginliyi davam edir. AYNA xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Xameneyinin rəsmi internet saytında ABŞ Prezidenti Donald Trampın ünvanına sərt ismarıc yerləşdirilib.
Orada Trampın üzündə şillə şəkli vurulduğunu əks etdirən şəkil paylaşılıb. Ali dini liderin “bu, sadəcə bir şillə idi” ibarəsiylə paylaşdığı şəkildə ABŞ Prezidentinin üzündə qızarmış şillə izi əks olunur.
Trampın üzündə əks olunan şillə izi, İran raketlərinə olan bənzərliyi ilə diqqət çəkib və bu cür şərh edilib.
Ayna.az
Pin up casino Pin-up casino giriş