Vuçiç Azərbaycana səfər edəcək

Xəbərlər

19.01.2026 - 19:11

Serbiya Prezidenti mayın 17-də Bakıya gələcək

Serbiya Prezidenti Aleksandr Vuçiç Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç bildirib.

Diplomat səfərin dəqiq tarixinin 17 may olduğunu və WUF13 çərçivəsində baş tutacağını qeyd edib.

Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib: "Nümayəndə heyətinin tərkibi hələlik mənə məlum deyil, amma Prezident iştirakını təsdiqləyib".

"Hamı üçün mənzil: Təhlükəsiz və Davamlı Şəhərlər və İcmalar" mövzusunda WUF13 2026-cı il 17-22 may tarixlərində Bakıda keçiriləcək. Tədbirdə həmçinin ilk dəfə Liderlər Zirvəsi keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş