Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun hazırlanacaq

Xəbərlər

15.03.2021 - 17:31

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisin komitəsində müzakirə aparılıb

 

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, iclasda əvvəlcə komitə sədri Bəxtiyar Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı” barədə danışıb.

 

Komitə üzvləri ölkəmizin 2020-ci ildəki nailiyyətlərini böhranı uğura necə çevirməyin nümunəsi kimi dəyərləndiriblər və hökumətin hesabatı ilə bağlı müsbət fikir bildiriblər.

 

Sonra B.Əliyev Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması ilə əlaqədar məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələr parlamentin qarşısında böyük vəzifələr qoyub və onlardan biri də gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlı idi.

 

Komitə sədri diqqətə çatdırıb ki, qarşıya qoyulan vəzifələrə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb. Qeyd olunub ki, xüsusən Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan Şanlı Zəfər fonunda komitənin müzakirəsinə çıxarılan Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması məsələsi xüsusi aktuallıq kəsb edir.

 

Məsələ ilə bağlı çıxış edən komitə üzvləri gənc nəslin milli ruhda böyüməsinin və onlara vətənpərvərliyin aşılanmasının qanunvericilikdə təsbit olunması ilə bağlı fikirlərini səsləndiriblər. Deputatlar müasir dövrdə gənclərin xarici təsirlərdən qorunmasının, tarixi, milli dəyərlərə və dövlətçiliyə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək bu məsələnin əhəmiyyətindən danışıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş