Bəzi yerlərdə intensiv yağış, qar yağacaq
Vətəndaşlara gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq olunub. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 7-dək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 06-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.
Rayonlarda oktyabrın 07-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.