Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb

Siyasət

16.01.2021 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb 

 

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 5 gün ərzində 1550 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.


Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 193 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş