Vətən müharibəsində iştirak edən doktorantlara möhlət veriləcək

Xəbərlər

01.02.2021 - 17:06

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir

 

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət verilməsi nəzərdə tutulur. AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21.1.4-cü maddəsinə dəyişiklik təklif edilir.

 

Təklif olunan dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.

 

Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az