Vergi orqanlarına işə qəbul imtahanı təxirə salınıb

Cəmiyyət

29.03.2020 - 19:31

Azərbaycanda daha bir imtahan təxirə salınıb 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

 

AYNA bu barədə Nazirliyə istinadən xəbər verir.

 

Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az