“Avropa üçün məni ən çox narahat edən təhlükə nə Rusiya, nə Çin, nə də başqa xarici oyunçudur”
“ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Ukraynaya qarşı müharibəsində ağlabatan nizamlama əldə etməyə çalışır”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D.Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Tramp administrasiyası Avropanın təhlükəsizliyindən çox narahatdır və bizim Rusiya ilə Ukrayna arasında ağlabatan həllə gələ biləcəyimizə inanır. Biz həmçinin hesab edirik ki, Avropa öz müdafiəsini təmin etmək üçün gələcək illərdə əhəmiyyətli dərəcədə irəliləyiş göstərməlidir. Bu, vacibdir”, - deyə Vens vurğulayıb.
Eyni zamanda, ABŞ-ın vitse-prezidenti qeyd edib ki, onu ən çox narahat edən bu deyil: “Avropa üçün məni ən çox narahat edən təhlükə nə Rusiya, nə Çin, nə də başqa xarici oyunçudur. Mən daxildən gələn təhlükədən - Avropanın bəzi ən fundamental dəyərlərindən geri çəkilməsindən narahatam”.