Məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində də qərar çıxarıb
Vəkil Adəm Məmmədov həbs edilib. AYNA.AZ xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.
Vəkil Asim Abbasov APA-ya deyib ki, Adəm Məmmədov xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində qərar çıxarıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.