“Vaksin çıxana qədər maska taxın” - Cüzeppe Konte

Dünya

21.04.2020 - 22:55

İtaliyada karantin rejimi yumşaldılır

 

İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkəsi üçün növbəti həftələrdə karantin rejiminin yumşaldılması xəbərini verib.


AYNA xarici mediaya istinadən xəbər verir ki, İtaliyada da karantin mayın 4-dək uzadılıb. Baş Nazir çıxışı zamanı vətəndaşlara müraciət edib və karantin bitsə belə, insanların hələ də maskadan istifadə etməsinin vacib olduğunu deyib: “Koronavirusa qarşı effektli vaksin icad olunanadək hər kəs maska taxsın.”


Baş Nazir həmçinin deyib ki, ölkədə hökumət daha 5 maddədən ibarət strategiya hazırlayıb. Həmin strategiyanın əsası bir müddət sosial məsafənin qorunması, fərdi mühafizə tədbirini gücləndirməkdir.


Qeyd edək ki, İtaliyada virusa yoluxma faktı 181 mini keçib, 24 mindən çox insan isə xəstəlikdən həyatını itirib.

Müəllif: Raminə Eyvazqızı